AZ

Göyçayda avtomobil motosikletlə toqquşdu: ölən var

Göyçayda avtomobil motosikletlə toqquşub.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

VAZ-2107 markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Kamil Abdullayev ağır bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
10
axar.az

10Mənbələr