Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı Ermənistanın yanaşması Türkiyə tərəfindən konstruktiv qiymətləndirilir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan hökumət iclasından sonra jurnalistlərə verdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında İstanbulda baş tutan görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və nəqliyyat kommunikasiyalarının bərpası məsələləri müzakirə olunub.
“Düşünürəm ki, görüş zamanı regional kommunikasiyaların açılmasının həm Ermənistan, həm də Türkiyə üçün nə qədər əhəmiyyətli olduğu vurğulandı. Bu, sirr deyil ki, Türkiyə Mərkəzi Asiya ilə əlaqələrini daha da gücləndirmək istəyir. Ermənistan isə dənizə çıxışı olmayan bir ölkə olaraq açıq sərhədlərə malik olmağın həyati əhəmiyyətini yaxşı anlayır", - o qeyd edib.