BAKI, 26 iyun. TELEQRAF
Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 5 otaqlı kürsülü evin zirzəmisində yerləşən 1 otağın döşəməsi, mətbəxin tavanı 35 m², ev əşyaları 3 m² sahədə və 1 ədəd soyuducu yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.