AZ

Tesla-nın Avropada satışları 5-ci aydır azalır

Tesla-nın Avropada yeni avtomobil satışları may ayında ötən ilin eyni ayı ilə müqayisədə 27,9 faiz azalıb. Halbuki, bölgədə tam elektriklə işləyən avtomobillərin satışı 27,2 faiz artıb.

Marja xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısının yenilənmiş Model Y modeli hələ də markanın gəlirlərini canlandıracaq heç bir əlamət göstərməyib.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı məlumatlara görə, Avropada avtomobil satışları 1,9 faiz artıb, ən güclü artım "plug-in hibrid"lərdə və alternativ yanacaqla işləyən avtomobillərdə baş verib.

Müştərilərin daha ucuz Çin istehsalı elektrik avtomobillərinə üz tutması və bəzi hallarda Tesla-nın baş direktoru İlon Maskın siyasətlərinə etiraz etməsi nəticəsində Tesla-nın Avropadakı satışları ardıcıl beş aydır aşağı düşüb.

Teslanın Avropada bazar payı may ayında 1,8 faizdən 1,2 faizə geriləyib.

Seçilən
6
17
marja.az

10Mənbələr