Miçiqan, Emori və Kolumbiya universitetlərindən olan tədqiqatçılar 2015-2019-cu illər arasında Çin, ABŞ, Hindistan və İngiltərədə yaşayan orta yaşlı və yaşlı evli cütlüklərdən toplanmış məlumatları araşdırıblar.
Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, araşdırmada İngiltərədən 1086, ABŞ-dan
3989, Çindən 6514 və Hindistandan 22389 cütün qan təzyiqi ölçülüb və hər bir fərdin sistolik və diastolik qan təzyiqlərinin ortalama göstəricisi müəyyən edilib.
Ümumi olaraq sistolik qan təzyiqi 140 və daha yuxarı olan və diastolik qan təzyiqi 90 və yuxarı olan iştirakçılar yüksək qan təzyiqli (hipertoniya) hesab edilib.
Araşdırmada İngiltərədə cütlüklərin yüzdə 47,1, ABŞ-da yüzdə 37,9, Çində yüzdə 20,8 və Hindistanda yüzdə 19,8-də birlikdə hipertoniyalı olduğu təyin edilib.
Nəticələr göstərib ki, əhalinin sıx məskunlaşdığı ölkələrdə hipertoniya hallarının təxminən yarısı evli cütlüklərdə baş verir.
Araşdırmanın müəlliflərindən biri olan Dr. Peiyi Lu, yüksək qan təzyiqinin ABŞ və İngiltərədə Çin və Hindistandan daha çox olduğunu bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta