AZ

“Azərreyl” millimizin üzvünü transfer etdi

Azərbaycan millisinin voleybolçusu Anastasiia Baidiuk karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

Bizim.Media xəbər verir ki, son mövsümü Rumıniyada "Tarqu Mureş"də oynayan 26 yaşlı hücumçu "Azərreyl"lə anlaşıb.

O, Bakı təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Baidiuk Azərbaycanda yetirməsi olduğu "Telekom"la yanaşı, "Murov AZ Terminal"ın formasını geyinib. O, həmçinin Polşa, Macarıstan, Rumıniya və Fransada legioner həyatı yaşayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
23
1
bizim.media

10Mənbələr