AZ

Azərbaycanlı tanınmış hücumçunun qiyməti 200 min avro artdı

“Transfermarkt” portalı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”ə keçən 28 yaşlı hücumçunun qiyməti 200 min avro artıb.

Hazırda onun transfer dəyəri 1 milyon avro (təxminən 1,97 milyon manat) qiymətləndirilir.

Mahir Emreli başa çatan mövsümü “Nürnberq”də keçirmişdi.

Seçilən
41
11
sportinfo.az

10Mənbələr