Dollar indeksi ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyatlar Sisteminin (FRS) sədri vəzifəsinə bir neçə namizədinin olması ilə bağlı açıqlamaları fonunda son 28 ayın ən aşağı dəyərinə düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "TradingView" ticarət platformasının məlumatları təsdiq edir.
İyunun 26-da dolların indeksi 0,73% azalaraq 96,997 bənd təşkil edib. Eyni zamanda, FOREX bazarında avronun dollara nisbətdə məzənnəsi 0,74% artaraq 1 avro üçün 1,1745-ə yüksəlib. Bu, 2021-ci ilin sentyabrından bəri ən yüksək dəyərdir.