AZ

Azərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.

Aznews.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Ülviyyə Musayeva (33 kq) rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub.

Gülay Xasməmmədova (36 kq) rumıniyalı Ariana Harsana 15:8 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya “tuş”la uduzub.

Yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova (39 kq) macarıstanlı Eliza Bodiyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Yağmur Məlikli (42 kq) 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya, onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova isə eyni mərhələdə ukraynalı İvanna Maydanskaya “tuş”la uduzub. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.

Nuray Cəfərli (46 kq) polşalı Karolina Qvodza 6:0 hesabıya qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib – 0:10. Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

Günel Kərimli (50 kq) təsnifat mərhələsində rusiyalı Varvara Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya “tuş”la uduzub. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Seçilən
18
21
aznews.az

10Mənbələr