Bakıda güclü partlayış baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.
İlkin məlumata görə, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
"Çox güclü partlayış səsi gəldi. Sonra havaya qara tüstü və kükürd qoxusu yayılmağa başladı. Daha sonra güclü yanğın baş verib".
Partlayışdan sonra güclü yanğın başlayıb.
Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.