AZ

“Neftçi”dən üç futbolçuyla bağlı son dəqiqə açıqlaması – siyahıda Ramil də var

Xəbər verdiyimiz kimi, “Neftçi” dünən yeni mövsümün hazırlığına start verdi. “Ağ-qaralar” təlim-məşq toplanışının ilk gününü “Neftçi” Futbol Mərkəzində bir məşqlə başa vurdu.

Klubun məşqdən paylaşdığı şəkillərdə bəzi futbolçular, daha dəqiqi, Ramil Şeydayev, Alfa Konte və Aleks Fernandes dözümüzə dəymədi. Hardadılar? İki əsas versiya var: ya Samir Abasov onlarla da yolların ayrılmasına qərar verib, ya da hələ toplanışa qatılmayıblar.

Bu yöndə məlumatı paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıdan aldıq:
“Ramil Şeydayev məşqlərdə iştirak edir. Bəzi futbolçular isə icazəlidi. Toplanışa bir neçə gün sonra qoşulacaqlar”.
Xatırladaq ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. Bakılılar orda 4 yoxlama görüşü keçirəcək.

KƏNAN BAHADIR
Seçilən
89
14
football-plus.az

10Mənbələr