AZ

Yanğının səbəbi dəqiqləşdirilir - VİDEO

"Bakı şəhəri Yasamal rayonu, C.Canbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın olması barədə FHN-in 112 qaynar xəttinə məlumat daxil olub. 

Bunu "Unikal"a açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev deyib. 

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb: "Ərazidə baş verən yanğın hadisəsi qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Hazırda heç bir yanğın hadisəsi yoxdur". 

Yanğının konkret hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.

Ağarza Elçinoğlu

Seçilən
14
unikal.az

1Mənbələr