AZ

ABŞ Çinlə nadir metallara dair sazişi təsdiqləyib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 iyun, AZƏRTAC

Vaşinqton Çinlə ticarətə dair sazişi təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında məlumat versə də, təfərrüatı açıqlamayıb.

Ağ Evin məsul şəxsləri mediaya bildiriblər ki, Çinlə ticarət əlaqələrində ciddi irəliləyiş qeydə alınıb. Hər 2 tərəf nadir metalların ABŞ-a ixracının sürətləndirilməsinə dair sazişi ratifikasiya edib.

Qeyd olunub ki, iyunun ortalarında Londonda keçirilən ABŞ-Çin danışıqlarının əsas mövzusu nadir metallar olub. Çin bu maddələrin əsas istehsalçısıdır. ABŞ-ın raket, kosmik və elektronika sənayesi bu məhsullardan çox ciddi şəkildə asılıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
50
azertag.az

10Mənbələr