TBİLİSİ, 27 iyun. TELEQRAF
Gürcüstan parlamentinin binasında bu gün sarı təhlükəsizlik səviyyəsi tətbiq olunacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, təhlükəsizliyin gücləndirilməsi Baş nazir İrakli Kobaxidzenin illik hesabatla çıxışı ilə bağlıdır.
Binaya giriş deputatlar və əməkdaşların təhlükəsizliyi üçün məhdudlaşdırılcaq. Məhdudiyyət akkreditasiyadan keçmiş telekanal təmsilçilərinə şamil olunmayacaq.
İ.Kobaxidze hökumət proqramının icrası barədə danışacaq. Onun çıxışından sonra plenar iclas sual-cavab formatında davam edəcək.
Qeyd edək ki, iclasın sonunda parlamentin yaz sessiyası bağlı elan olunacaq.