AZ

Ötən gün 21 kiloqramdan artıq narkotik vasitə aşkar olundu

BAKI, 27 iyun. TELEQRAF

İyunun 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 21 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 16 kiloqramdan çox marixuana, 3,6 kiloqrama yaxın metamfetamin, 1 kiloqramdan artıq heroin, 500 qramdan artıq tiryək, həmçinin 3138 ədəd psixotrop tərkibli həb olub.

Yabanı halda bitmiş 1,6 tona yaxın çəkidə 3118 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
51
22
teleqraf.com

10Mənbələr