AZ

Ermənistan xüsusi təyinatlıları katolikos II Qareginin iqamətgahına daxil olub

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.

Bu barədə yerli KİV məlumat yayıb.

Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.

Qeyd edək ki, bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının binasına daxil olub.

AzPost.az

Seçilən
155
5
azpost.info

6Mənbələr