AZ

İsrail qırıcıları Livanda "Hizbullah" hərbi obyektinə zərbə endiriblər

İsrail qırıcıları Livanın cənubunda Hizbullahın atəşə nəzarət və müdafiə obyektinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü məlumat verib.

Məlumata görə, obyekt əvvəllər İDF-nin zərbələri nəticəsində tamamilə istismardan çıxarılan mühüm yeraltı şəbəkənin bir hissəsi olub.
Qeyd edilib ki, ərazidə Hizbullah fəaliyyətini bərpa etmək cəhdini aşkar etdikdən sonra İsrail hərbçiləri “bölgədəki terrorçuların infrastruktur obyektlərinə zərbələr endiriblər”.

Seçilən
74
50
ucnoqta.az

10Mənbələr