AZ

Türkiyədə meşə yanğınları başlayıb - FOTO

Türkiyənin Antalya vilayətinin Alanya və Aksu rayonlarında meşə yanğınları qeydə alınıb.
 
Moderator.az-ın verdiyi məlumata görə, bu barədə "Anadolu" Agentliyi xəbər yayıb.
 
Bildirilib ki, hadisə barədə məlumat daxil olan kimi, Antalya Meşə Təsərrüfatı Regional İdarəsinin yanğınsöndürmə qrupları dərhal ərazilərə cəlb olunub. Quru yolla yanaşı, hava vasitələri - helikopterlər və təyyarələr də yanğınsöndürmə əməliyyatlarına qoşulub.
 
Hazırda təbii fəlakətə müdaxilə davam etdirilir.
 
Hadisənin başvermə səbəbi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Seçilən
0
3
moderator.az

9Mənbələr