Unikal.az saytına istinadən ain.az xəbər verir.
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Lənkəran-Masallı-Boradigah magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili, avtobusdan düşüb yolu keçmək istəyən kənd sakini 1968-ci il təvəllüdlü Ruhəngiz Ağahəsən qızı Babayevanı vurub.
Hadisə yerinə çağrılan Təcili tibbi yardım xidməti ağır xəsarət alan qadını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da həkimə qədər ölüm faktı qeydə alınıb.
Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.