AZ

İranda varis seçimi başlayır

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib. Bu barədə “Reuters”ə agentliyi xəbər verib. Yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur. Aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba və Xomeyninin nəvəsi Həsəndir. İranda ali dini lider vəzifəsi təkcə siyasi rəhbərliyi deyil, həm də dini və ideoloji liderliyi özündə ehtiva edir. Yeni liderin kim olacağı regionun gələcəyi və İrandakı rejimin qorunub - saxlanılması baxımından da önəmlidir. Reutersin adını çəkdiyi hər iki namizəd İranda kifayət qədər tanınan və ailə bağları güclü olan şəxslərdir. Hər iki şəxsin şansını çoxaldan və azaldan kifayət qədər amillər mövcuddur. Müctəba Xamenei İranın hazırkı ali rəhbəri Əli Xameneinin oğlu olması və mükəmməl dini təhsil alması səbəbi ilə hazırda əsas namizəd hesab edilir. Bundan başqa onun şansını artıran daha bir amil isə SEPAH - a yaxın sima olmasıdır. Ali rəhbərin seçimində SEPAH - ın güclü təsiri nəzərə alınarsa bu onun şansını artırır. Lakin Müctəba Xameneinin şansını azaldan amillərdə az deyil. Əli Xameneinin oğlu olması onun şansını artırmaqla bərabər ciddi problemlərə də yol açır. Onu atasının yerinə gəlməsi Vilayəti - Fəqih sistemi ilə ziddiyət təşkil edir. Bu isə monoxtiyaya keçid kimi sayıla bilər. Eyni zamanda Müctəbanın xalq arasında nüfuzu zəifdir. Onun seçimi ciddi tənqidlərlə qarşılana bilər. Digər namizəd Həsən Xomeyni də həm İslam İnqilabının lideri Ruhulla Xomeyninin nəvəsi olması, həmdə güclü dini təhsilinə görə şansı kifayət qədər böyükdür. Lakin onun da SEPAH və təhlükəsizlik orqanları ilə münasibətləri çox da yaxşı deyil. Nəvə Xomeyni islahatçı qanada yaxındır və daha liberal siyasətin tərəfdarıdır. Həsən Xomeynin Əli Xameneini dəfələrlə tənqid edib və buna görə 2016 - cı il seçkilərində ali dini lideri seçən Xobregan Şurasına namizədliyi təsdiq edilməyib. Ancaq xalq arasında, xüsusilə gənclər içində nüfuzu güclüdür. SEPAH - dan və mühafizəkar çevrədən gələn güclü narazılıq onun ali rəhbərliyə gedən yolunu kəsə bilər. Həsən Xomeynin hazırda islahatçı cinahın rəhbəri hesab edilən keçmiş prezident Həsən Ruhani ilə yaxın münasibəti var. İranda Xomeynin təbliğatı məhz Ruhaniyə bağlı mediya qurumlarının vasitəsi ilə aparılır. İranın Ali Rəhbərinin varisi məsələsi təkcə daxili siyasi mübarizə deyil, həm də regional və qlobal güc balansına təsir edən strateji bir seçim olduğu üçün xüsusi önəm daşıyır.Zeynal Əmrəliyev, politoloq

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
5
newscenter.az

6Mənbələr