AZ

Vaşinqton və Pekin razılığa gəldilər | VİDEO

AzVision.az Çinin Ticarət nazirliyinin məlumatına istinadən xəbər verir ki, belə qərar ticarət danışıqları zamanı əldə olunan razılaşmalar əsasında qəbul edilib.

“Pekin nəzarət olunan malların ixracı üçün müraciətləri təsdiqləyəcək və Vaşinqton bunun müqabilində bir sıra məhdudiyyətləri ləğv edəcək. Çinli və amerikalı müzakirəçilər Londonda keçirilən görüşdən sonra daimi təmasda olublar”,- nazirliyin açıqlamasında deyilir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin Çinlə yeni ticarət sazişi imzaladığını və tezliklə Hindistanla da oxşar razılaşmaya nail olunacağına ümid ediyini açıqlamışdı.

“Biz yalnız dünən Çinlə ticarət müqaviləsi imzaladıq, elə deyilmi? Bizim böyük sövdələşmələrimiz olacaq. Ola bilsin ki, Hindistanla çox böyük razılaşma əldə edək. Biz Hindistanı Amerika biznesinə açırıq. Çin müqaviləsində biz Çini ABŞ istehsalçılarına açmağa başlayırıq”,- Tramp Ağ Evdə büdcə və vergi sahəsindəki planlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

ABŞ prezidenti bütün ölkələrlə aparılmayacağını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Vaşinqton, sadəcə, bəzi ölkələrə məktublar göndərərək, onlara 25%, 35%, 45% rüsum ödəyəcəklərini bildirəcək.

Bununla belə, “Reuters” agentliyi qeyd edir ki, bu saziş digər ölkələrin artan rüsumların möhlət müddəti bitənə qədər Vaşinqtonla razılığa gələ biləcəklərinə ümid verir.
Yeri gəlmiçkən, ABŞ və Çin arasında ticarət danışıqlarında yaxınlaşma xəbərləri Avropanın fond bazarlarında indekslərin yüksəlişinə səbəb olub.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
7
1
azvision.az

2Mənbələr