AZ

Ukrayna Rusiya ilə Zelenski-Putin görüşünü gündəmə gətirəcək — Umerov

Ukrayna humanitar məsələlərin, xüsusilə də əsir mübadiləsinin başa çatmasından sonra Rusiya ilə prezidentlər səviyyəsində birbaşa görüşün təşkilini yenidən gündəmə gətirməyi planlaşdırır.

KONKRET.az bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov açıqlama verib.

Nazirin sözlərinə görə, rəsmi Kiyev əsir düşən ukraynalıların geri qaytarılması və digər humanitar məsələlərin həlli istiqamətində səylərini davam etdirir. Bu proses başa çatdıqdan sonra isə Ukrayna tərəfi Rusiya ilə Prezident Volodimir Zelenski və Vladimir Putin arasında mümkün bir görüşün təşkili üçün təşəbbüs göstərəcək.

Umerov qeyd edib ki, bu cür görüşlər münaqişənin diplomatik yolla həlli baxımından əhəmiyyətli ola bilər. Hazırda tərəflər arasında belə bir zirvə toplantısının təşkili ilə bağlı rəsmi razılaşma yoxdur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
37
50
konkret.az

10Mənbələr