Tanınmış alman bloger Moe.Ha Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bavariya əyalətindəki yerli nümayəndəliyinin küçədə quraşdırdığı əşya ianəsi qutusuna istifadə edilmiş idman ayaqqabılarını daxil edir.
Onun məqsədi BQXK və bunun kimi təşkilatlara edilən yardımların “aqibəti”ni yoxlamaq olur. Beləliklə, o, köhnə ayaqqabılarının içinə GPS izləmə cihazı olan “AirTag”ı yerləşdirir və proqram vasitəsilə onları izləməyə başlayır.
Publika.az xəbər verir ki, bu barədə “Faktyoxla Lab” məlumat yayıb.
Məlum olur ki, ayaqqabılar Almaniya-Avstriya-Sloveniya-Xorvatiya-Bosniya və Herseqovina marşrutu ilə 800 km-lik yol “qət edirlər”.
Ayaqqabılarının sonuncu dayanacaq nöqtəsindən “tərpənmədiyi”ni görən bloger Bosniyanın Cazin şəhərinə yollanır və ayaqqabılarını “Second hand” kimi tanınan “ikinci əl” mağazada aşkarlayır.