Rusiyanın Tver vilayətində mülki Mi-8T helikopteri təcili qəza enişi edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Regional nəqliyyat prokurorluğu insidentin səbəbini açıqlayıb. Qeyd olunub ki, içində 6 nəfərin olduğu helikopterin mühərrikinə quş girib.
İtkilərin olmadığı vurğulanıb. Dəymiş ziyanla bağlı məlumat dəqiqləşdirilir. Hadisənin başvermə şəraiti prokurorluq tərəfindən müəyyən edilir.