"Fənərbağça"dan ayrılan Brayt Osayi-Samuelin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçu "sarı-lacıvərdlilər"in əzəli rəqibi "Beşiktaş"a transfer olacaq. Tərəflər bütün məsələlərdə razılığa gəlib. 27 yaşlı futbolçu yaxın günlərdə İstanbula gələrdən tibbi baxışdan keçəcək.
Nigeriyalı "qara qartal" ilə 3 illik müqavilə imzalayacaq. O, hər il üçün 1.9 milyon avro qazanacaq.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Osayi-Samuel 2021-ci ilin yanvarından "Fənərbağça"da çıxış edirdi. O, burada 178 oyuna çıxıb və 7 qol vurub.