AZ

Müharibədən sonra İrandan gözlənilməz qərar: Rusiyanın əvəzinə Çini seçdilər

BAKI, 27 iyun. TELEQRAF

İsraillə 12 günlük müharibə başa çatdıqdan dərhal sonra İran Çindən J-10C qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqları intensivləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Çin təyyarələrinin alınması ilə bağlı danışıqlar təxminən 20 ildir davam edir, amma tərəflər ödənişlə bağlı razılığa gələ bilmirlər. Hələ 2015-ci ildə 150-yə qədər təyyarənin tədarükü üçün müqaviləyə hazırlıq barədə məlumat yayılsa da, amma danışıqlar heç vaxt irəliləməyib.

İndi İsrailin səmadakı üstünlüyü üzə çıxdığı üçün Tehran öz Hərbi Hava Qüvvələrini tez bir zamanda yeni texnikalarla təchiz etmək istəyir. İddiaya görə, İran müdafiə naziri Əziz Nəsirzadə Çinin Qinqdao şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə məhz buna görə qatılıb.

Xatırladaq ki, ilin əvvəlində İranın Rusiyadan Su-35 qırıcıları alacağı barədə məlumat yayılmışdı.

Seçilən
18
teleqraf.com

1Mənbələr