AZ

Xabi Alonso: “Mərhələ adlamağımızdan məmnunuq”

“Real”ın baş məşqçisi Xabi Alonso FIFA Klub Dünya Kubokunun qrup mərhələsində “Zalsburq”a qarşı keçirdikləri oyunu (3:0) şərh edib.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, 43 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz oyundan və nəticədən məmnunuq. İndi biz qrupdan birinci olaraq növbəti mərhələyə çıxdıq və mübarizəmizi davam etdiririk. “Yuventus” – Avropanın tarixi klublarından biridir, onların çox yaxşı komandası var və onlara qarşı oyunumuz həqiqətən çox ağır olacaq”, deyə Xabi Alonso vurğulayıb.

3 turdan sonra “Real”ın yer aldığı “H” qrupunun yekun yarış cədvəli belə mənzərə yaradır:

  1. “Real” – 7 xal;
  2. “Əl-Hilal” – 5 xal;
  3. “Zalsburq” – 4 xal;
  4. “Paçuka” – 0.

“Real” və “Əl-Hilal” yarışın 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Ələmə mərhələsində İspaniya nəhəngi “Yuventus”la, Səudiyyə Ərəbistanı nəhəngi isə “Mançester Siti” ilə qarşılaşacaq.

Seçilən
43
arena.az

1Mənbələr