AZ

“Napoli” Meretlə bağlı qərarını verib

İtaliyanın “Napoli” klubu qapıçı Aleks Meretin müqaviləsini yeniləyib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, italiyalı qolkiperlə yeni sözləşmə 30 iyun 2027-ci il tarixinədək uzadılıb.

Meret “Napoli”də debütünü 8 dekabr 2018-ci ildə evdə “Frozinone”yə qarşı keçirilən 4:0 hesablı qələbə matçında edib. O, klubun formasını 212 dəfə geyinib və bunlardan 68-də qapını toxunulmaz saxlayıb. 2024/2025 mövsümündə Avropanın beş əsas liqasında ən çox “sıfır buraxılan” oyun keçirmiş qapıçı Aleks Meret olub (16 oyun, Mila Svilarla bərabər). Bundan əlavə, Meret Serie A-nın 2022/2023 mövsümündə karyerasının ən yaxşı göstəricisinə imza ataraq 16 “sıfır buraxılan” oyunda iştirak edib. Son üç mövsüm ərzində (2022/2023-dən başlayaraq) Meret Serie A-da ən çox penalti zərbəsi dəf edən qapıçı olub — 5.

“Napoli” formasında o, 2022/2023 və 2024/2025 mövsümlərində iki dəfə İtaliya çempionu, 2019/2020 mövsümündə isə İtaliya Kubokunu qazanıb.

Seçilən
31
90deqiqe.az

1Mənbələr