Yaponiya XİN Azərbaycana təşəkkür edib
Yaponiyanın xarici işlər naziri Takesi İvaya ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür məktubu göndərib.
Demokrat.az-ın xəbərinə görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan press-relizdə bildirilib.