AZ

Qusarda turistlərin qəzaya düşməsinin TƏFƏRRÜATI

Qusarda turistlərin qəzaya düşməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı Pakistan vətəndaşlarının olduğu "Haval" markalı avtomobil Şahdağ Turizm Mərkəzindən Bakıya gəlirmiş. Şahdağ-Qusar yolunda avtomobilin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb və bu vaxt qarşıdan gələn "Chevrolet" markalı avtomobillə toqquşub.

Nəticədə "Haval" markalı avtomobildə olan 5 Pakistan və bir Azərbaycan vətəndaşı, "Chevrolet" markalı avtomobildə olan 4 Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.



Seçilən
63
1
news24.az

1Mənbələr