AZ

Naxçıvanda "Şam işığında" konsert proqramı keçirilib

Naxçıvan, 27 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Şam işığında" konsert proqramı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konsertdə yerli film musiqiləri və retro ifaları vokal, qrup, simli kvartet və piano ilə ifa edilib.

Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert maraqlı təəssüratla yadda qalıb.

Sonda Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov kollektivi uğurlu çıxışa görə təbrik edib.

Qeyd edək ki, Londondan Sidneyə, Oslodan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insan tərəfindən sevilən, tarixi tikililərdə və özünəməxsus məkanlarda şam işığında keçirilən klassik musiqi konsertləri ənənəsi artıq Bakıdan sonra regionlar arasında ilk dəfə Naxçıvanda keçirilib.

Seçilən
17
2
azertag.az

3Mənbələr