"İnter" klubu "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmazla maraqlanır.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" 25 yaşlı oyunçu üçün 35 milyon avro tələb edir.

Bu barədə "Calciomercato" portalı məlumat yayıb.

"Neradzuri" bir çox mövqedə oynaya bildiyi üçün Barışı yaxından izləyir və heyətinə qatmaqda istəklidir. Türkiyə millisinin üzvünü eyni zamanda Premyer Liqa klubları və "Leyptsiq" də transfer etmək istəyir.

B. A. Yılmaz 2021-ci ildən "Qalatasaray"da çıxış edir. O, başa çatan mövsüm 48 oyunda 14 qol vurub və 6 məhsuldar ötürmə edib.