AZ

"Borussiya Dortmund"un futbolçusu "Çelsi"də

BAKI. 5 iyul. TELEQRAF

İngiltərənin "Çelsi" klubu Almaniya təmsilçisi "Borussiya Dortmund"un futbolçusu Ceymi Gittensi transfer edib.

Teleqraf "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı cinah yarımmüdafiəçisi ilə 2032-ci ilin yayınadək müqavilə bağlanılıb.

Transfermarkt bu keçidin "Çelsi"yə 64,3 milyon avroya başa gəldiyini yazıb.

İngiltərəli Gittens "Mançester Siti"nin yetirməsidir. O, "Borussiya Dortmund"un gənclərdən ibarət komandasına 2020-ci ilin sentyabrında qoşulub. Vinger 2022-ci ilin fevralından əsas komandada çıxış edib.

Xatırladaq ki, Ceymi Gittens 2024/2025 mövsümündə bütün turnirlərdə 49 oyuna 12 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
8
11
teleqraf.com

10Mənbələr