AZ

Bu klub diktatorun nəvəsini transfer etdi

“Latsio” klubu İtaliya diktatoru Benito Mussolininin nəvəsi olan müdafiəçi Romano Floriani Mussolini ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, 22 yaşlı futbolçu “Roma” akademiyasının yetirməsidir, lakin 2016-cı ildən “Latsio”nun sistemində çıxış edir. Klub onu “Peskara” və “Yuve Stabiya”ya icarəyə göndərmişdi.

Mussolini “Yuve Stabiya”da keçən mövsüm 37 oyunda iştirak edərək diqqət çəkmiş və klub onun transfer hüququnu almışdı.

Seçilən
9
2
publika.az

4Mənbələr