"Qarabağ"ın əsas komandasının məşqçi və futbolçuları klubun “Sozopol Cup 2025” turnirinin qalibi olanU-13 və Azərbaycan çempionu adını qazanan U-14 kollektivlərinin üzvləri ilə görüşüblər.
"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Görüş "Qarabağ"ın bu gün “Azersun Arena”da keçirilən məşqindən əvvəl gerçəkləşib. U-13 və U-14 komandalarının futbolçuları və məşqçi heyəti önündə çıxış edən Qurban Qurbanov onları qazanılan uğurlar münasibəti ilə təbrik edib. O, akademiyanın məşqçilərinə və gənc futbolçularına gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda U-13 və U-14-ün üzvlərinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 13 yaşadək futbolçulardan ibarət komanda Bolqarıstanda təşkil edilən “Sozopol Cup 2025” turnirinin qalibi adını qazanıb, 14 yaşadək futbolçulardan ibarət komandamız U-14 Liqasının çempionu olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta