AZ

“Erməni kilsəsi müxalif siyasilər və kənar güclərin əlində alətə çevrilib”

“Erməni kilsəsi müxalif siyasilər və kənar güclərin əlində alətə çevrilib”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, kilsə mövcud hakimiyyət əleyhinə aktiv fəaliyyət göstərməkdədir:

“Erməni kilsəsi 44 günlük müharibədən sonra Paşinyan rejimi əleyhinə açıq fəaliyyət göstərməyə başladı. Kilsə rəhbərliyinin hakimiyyət əleyhinə verdiyi bəyanatlar, Paşinyanın istefaya səsləndirilməsi və s. bu mübarizənin daha da alovlanmasına gətirib çıxardı. Həm Ermənistandakı müxalif qüvvələr, həm də xaricdəki bəzi güclər kilsədən istifadə edərək Ermənistan hakimiyyətinə qarşı təzyiqləri artırmağa, hakimiyyət üzərində  üstünlük qazanmağa çalışırlar. Bunu Paşinyan da görür və buna görə də adekvat addımlar atır.

Hesab edirəm ki, bu gün kilsə ilə hakimiyyət arasındakı gərginlik Ermənistan cəmiyyətindəki gərginlik və qütbləşməni kifayət qədər artırıb və biz yaxın gələcəkdə də bu mübarizənin davamına şahdi olacağıq”.

Seymur ƏLİYEV

Seçilən
16
moderator.az

1Mənbələr