Amerikanın “Vogue” qadın moda jurnalının baş redaktoru Anna Vintur 37 illik fəaliyyətdən sonra vəzifəsini tərk edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fashion Week Daily” xəbər verir.
75 yaşlı jurnalist qərarını əməkdaşlarına bildirib.
O, American Vogue -da redaksiya məzmununa yeni rəhbər axtaracaq.
Bununla belə o, Conde Nast-ın qlobal baş məzmun direktoru və “Vogue”-un qlobal redaktor direktoru vəzifəsini qoruyacaq.
Xatırladaq ki, Vintur ABŞ-da “Vogue” jurnalını ələ keçirməzdən əvvəl 1985-1987-ci illərdə Britaniyanın “Vogue” jurnalının baş redaktoru olub.
Nazlı Almuradova