AZ

Şuşanın turizm potensialı haqqında süjet hazırlandı Video

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycanın "AnyuZ" telekanalı “Destination” müəllif layihəsi çərçivəsində özünün Yutub kanalında Şuşa haqqında şəhərin turizm potensialını ortaya qoyan ikinci material təqdim edib.

Axar.az xəbər verir ki, "Təyinat: Şuşa, Azərbaycan" adlı material dünyanın ən böyük mədəniyyət paytaxtlarından birinin canlı irsi ilə tanış olmağı təklif edir.

Qeyd olunur ki, "Azərbaycan musiqisinin beşiyi" və "Qafqazda incəsənət məbədi" kimi şöhrət qazanan Şuşa haqlı olaraq Azərbaycanın mədəniyyət paytaxtı kimi bərpa edilib, dünya miqyasında Türk (2023) və İslam dünyasının (2024) mədəniyyət paytaxtı kimi tanınıb.

Materialda "Xarıbülbül" Musiqi Festivalına xüsusi diqqət yetirilir, Bülbülün ev muzeyindən və bu yaxınlarda yenidən istifadəyə verilmiş Üzeyir Hacıbəylinin ev muzeyindən kadrlar yer alır.

Daha ətraflı materialda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
3
axar.az

4Mənbələr