Demokrat.az "Report"a istinadla xəbər verir ki, U15 Avropa çempionatında 2 qızıl, 4 gümüş, 1 bürünc medal qazanan və komanda hesabında 1-ci yeri tutan sərbəst güləş üzrə milli komandanın Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi olub.
Mərasimdə media təmsilçiləri, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Cavanşir Süleymanov (38 kq) finalda rusiyalı Abdulla Almazova (0:10) məğlub olub və gümüş medalla kifayətlənib. Hüseyn Rzazadə (41 kq) finalda rusiyalı Nikita Kondraşovla gərgin keçən qarşılaşmada minimal fərqlə (7:6) qalib gələrək Avropa çempionu olub.
Ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İbrahim Həsənov (44 kq) eyni uğuru yuxarı çəkidə təkrarlamağa yaxın olub. Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdə rusiyalı Kirill Kondraşovla bacarmayıb (0:8) və gümüş medalla kifayətlənib.
Əkbər Əsgərov (48 kq) finalda rusiyalı Amir Daurova 4:5 hesabı ilə məğlub olub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlı Demetre Mortuladzeyə eyni hesabla uduzub.
Beləliklə, AÇ-də 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 161 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk "üçlüy"ü Ukrayna (91) qapayıb.
10Mənbələr
-
offsideplus.az"Atam məni bu yola kimi gətirib" ( 18748192)
-
far.azAzərbaycan millisinin böyük məşqçisi: "Güləşçilərimizin nailiyyətlərindən razıyam" ( 18707164)
-
news365.azAvropa çempionatında birinci olan Azərbaycan güləşçiləri Vətənə qayıdıb Vətənə qayıdıb ( 18706381)
-
referans.azAvropa çempionatında birinci olan güləşçilərimiz Vətənə qayıtdı ( 18705106)
-
demokrat.azAvropa çempionatında birinci olan Azərbaycan güləşçiləri Vətənə qayıdıblar ( 18704800)
-
icma.azAzərbaycan millisinin böyük məşqçisi: Güləşçilərimizin nailiyyətlərindən razıyam ( 18704350)
-
xalqcebhesi.azAzərbaycan millisinin böyük məşqçisi: Güləşçilərimizin nailiyyətlərindən razıyam ( 18704317)
-
report.azAzərbaycan millisinin böyük məşqçisi: Güləşçilərimizin nailiyyətlərindən razıyam ( 18703300)
-
far.azAvropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıdıb ( 18703066)
-
bakivaxti.azAvropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıdıb ( 18702553)