Bakı. Trend:
Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərindəkeçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.
Bu barədə Trend-ə federasiyanın Mətbuat xidmətindən məlumatverilib.
Qitə birinciliyinin üçüncü günündə milli komandanın 13 üzvümübarizə aparıb.
38 kq
Hüseyn Əmrahlı italiyalı Nikola Sedikinaya (9:0), belaruslu QlebSemianenkaya (3:1) və ermənistanlı Vardan Melkonyana (4:2) qalibgələrək finala yüksəlib. Bu çəkidəki digər təmsilçimiz XudayarKərimli polşalı Kasper Bieleviçə (11:0) və bolqarıstanlı İvanAleksandrova (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı ArsanAliyevə (0:9) məğlub oldu. Xudayar təsəlliverici görüşəçıxacaq.
41 kq
Rahib Əhmədov slovakiyalı Andrey Posvanka (10:0), rumıniyalıAyan İstfana (11:0) və polşalı Matvey Bezrukyiyə (9:0) qalibgələrək yarımfinala yüksəlib. O, yarımfinalda rusiyalı SoltanYusupova (2:11) məğlub olduğu üçün bürünc medal uğrundagüləşəcək.
44 kq
Ömər Salmanov türkiyəli Mustafa Güvənə (8:0), litvalı OrestasStakenasa (8:0) və rusiyalı Denis Sisikinə (10:1) qalib gələrəkfinala yüksəlib.
48 kq
Vəkil Bəşirov təsnifat mərhələsində yunanıstanlı NikolaosZinisaya “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Vəkiltəsəlliverici görüşə çıxacaq.
52 kq
Hüseyn Mustafazadə polşalı Stanislav Zoltovskiyə (7:1),türkiyəli Mehmet Kayana (13:4) və polşalı Yakub Skiuolkerə (5:3)qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda gürcüstanlıQabriel Tavberidzeyə (4:13) məğlub olduğu üçün bürünc medal uğrundagüləşəcək. Onun çəki yoldaşı Qurban Məcnunov 1/8 finalda rumıniyalıAndrey Peleana 3:4 hesabıyla məğlub olub.
57 kq
İbrahim Məmmədzadə moldovalı Artyom Popeskuya (9:0) qalib gəlsədə, 1/8 finalda ukraynalı Oleksandr Venetsə (3:13) məğlub olub.
62 kq
Nadir Həsənov rusiyalı Adam Yaşurkayevə (4:3), moldovalı MaksimDeliuya (9:1) və türkiyəli Süleyman Şahinola (7:1) qalib gələrəkyarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Pavel Nazaryana(1:10) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.
68 kq
Əli Məmmədov fransalı Nika Namoyevə (8:0) və gürcüstanlı DavitiMxeidzeyə (9:1) qalib gəlsə də, 1/4 finalda rusiyalı Yuriy Ronjinə(0:7) məğlub olub.
75 kq
Ruslan Nuriyev gürcüstanlı Mixeil Beridzeyə (3:1), türkiyəliMehmet Yıldıza (2:0) və rusiyalı Aşot Qaloyana (3:2) qalib gələrəkfinala yüksəlib.
85 kq
Zöhrab Səfərov macarıstanlı Zombor Simona (9:0) və rusiyalıAleksandr Karpekinə (10:8) qalib gəlsə də, 1/4 finalda belarusluDmitri Kiselə (UWW) “tuş”la məğlub olub. Zöhrab təsəllivericigörüşə çıxacaq. Onunla eyni çəkidə yer alan Məhəmməd Orucov ilkmərhələdə polşalı Lusyan Popeçkiyə “tuş”la məğlub olub.
Təsəlliverici və medallar uğrunda görüşlər sabahkeçiriləcək.