AZ

Hakan Fidan: Rusiya ilə Ukrayna arasında problemləri bir neçə görüşlə həll etmək olmaz

Rusiya ilə Ukrayna arasında münaqişənin həlli məsələləri mürəkkəbdir və bir neçə raund görüşlərlə həll oluna bilməz.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” telekanalının efirində bildirib.

“Danışıqların son raundu zamanı tərəflər yenidən məhbusların mübadiləsinə dair razılığa gəliblər. Lakin eyni zamanda, onlar növbəti görüşdə müzakirə olunacaq mövqelərini bir-birinə təqdim ediblər (memorandumlar mübadiləsi aparılıb). Artıq hər iki tərəf qarşı tərəfin mövqeyi barədə rəsmi şəkildə məlumatlıdır”, – deyə Fidan bildirib.

Nazir qeyd edib ki, memorandumların mübadiləsindən sonra “ilkin danışıqlar mövqeləri formalaşıb”.

“Adətən belə danışıqlar kifayət qədər uzaq mövqelərdən başlayır. Əgər danışıqlar yaxşı aparılarsa, kompromis əldə etmək istəyi olarsa və vasitəçi də bu prosesdə yardım göstərərsə, düşünürük ki, tərəflər ortaq məxrəcə gələ bilərlər”, – deyə o əlavə edib.

Fidan vurğulayıb ki, Türkiyə rəhbərliyi Rusiya ilə Ukrayna arasında məhsuldar görüş keçirmək imkanı yaratmaq üçün diplomatiyanın və dəstəyin vacibliyini görür.

Seçilən
49
47
operativmedia.az

10Mənbələr