Rusiyanın Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Odessa vilayətinin hərbi komandiri Oleq Kiper məlumat verib.
Komandir qeyd edib: "Odessada gecə saatlarında PUA-larla hücum nəticəsində 3-ü uşaq olmaqla 14 nəfər yaralanıb. Yaralılardan 6-sı xəstəxanadadır, onlardan 3-nün (bir uşaq da daxil olmaqla) vəziyyəti ağırdır. Qalanların ambulator müalicəsi davam etdirilir ".
Ukrayna ordusunun məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 22 pilotsuz təyyarəni zərərsizləşdirib.