AZ

"Fənərbağça" "bombanı partlatmaq" üzrədir

"Fənərbağça" ilk transferini etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, İstanbul klubunun idman direktoru Devin Özek "Əl-Nəsr"in hücumçusu Con Duranla danışıqlar aparmaq üçün Kolumbiyaya yollanıb. "Sarı-lacıvərdlilər" 21 yaşlı futbolçunun bütün tələblərini qəbul etməyə hazırdır.
Son qərarı Duran verəcək. Onun da bu təklifə müsbət yanaşdığı bildirilir.

Kolumbiyalı hücumçu bu ilin yanvarında 77 milyon avroya "Aston Villa"dan "Əl-Nəsr"ə transfer olunub. Onun Səudiyyə Ərəbistan klubunda qalmaq ehtimalı yoxdur.

"Fənərbağça" onu razı sala bilsə, keçid icarə əsasında baş tutacaq.
Seçilən
18
2
sherg.az

3Mənbələr