AZ

“Benfika” dünya çempionu ilə yeni müqavilə imzaladı

BAKI, 28 iyun. TELEQRAF

Portuqaliyanın “Benfika” klubu Argentina millisinin futbolçusu Nikolas Otamendi ilə yeni müqavilə imzalayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi müqaviləsini 2026-cı ilə qədər uzadıb.

Geridə qalan mövsümdə Otamendi Lissabon təmsilçisinin heyətində 53 oyuna çıxıb və 8 qolla yadda qalıb.

Qeyd edək ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Nikolas Otamendi karyerası ərzində “Veles”, “Portu”, “Atletiko Mineyro”, “Valensiya” və “Mançester Siti” kimi klublarda da çıxış edib. O, 2020-ci ildə “Benfika”ya transfer olunub.

Seçilən
26
32
teleqraf.com

10Mənbələr