AZ

Tramp bu xəbəri təkzib etdi- "Məni alçaltmaq üçün uydurdurulan növbəti cəfəngiyyat"

Ajans.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Sosial" sosial şəbəkəsində yazıb. "Yalançı mediadan hansısa deyir ki, "Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir"? Mən bu gülünc ideyanı heç eşitməmişəm. Bu, yalançı medianın məni alçaltmaq üçün uydurduğu növbəti cəfəngiyyatdır. Bu insanlar xəstədir!", - Tramp bildirib. CNN-in məlumatına görə, oxşar ideya son həftələr Yaxın Şərq və ABŞ-nin əsas oyunçuları tərəfindən müzakirə olunub. Xüsusən təkliflərdən birində İranın nüvə proqramına 20-30 milyard dollar həcmində investisiyaların ayrılması nəzərdə tutulur və vəsait ABŞ-dan deyil, ərəb ölkələrindən gələcək.

Qeyd olunur ki, investisiyalar məsələsi İran-Amerika danışıqlarının bir neçə raundunda müzakirə olunub. Bundan əlavə, mövzu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Fars körfəzi ölkələrinin nümayəndələri ilə gizli görüşündə qaldırılıb. CNN digər təkliflər arasında İrana qarşı sanksiyaların qismən yumşaldılması, eləcə də Tehranın xaricdəki dondurulmuş aktivlərinə çıxışının geri qaytarılmasının mümkünlüyünə diqqət çəkir. Bundan əlavə, Fordodakı nüvə obyektinin uranın zənginləşdirilməsini nəzərdə tutmayan nüvə proqramı ilə əvəz edilməsi ideyası nəzərdən keçirilir.

Seçilən
13
2
Ajans.az

2Mənbələr