AZ

"Olimpiakos"un sabiq yarımmüdafiəçisini transfer etdi - ONLAR

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” daha bir futbolçunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, Saloniki təmsilçisi Yannis Yanniostası transfer edib.

Yunanıstan millisinin 32 yaşlı sabiq yarımmüdafiəçisi 2011-2013-cü illərdə “Aris”də oynayıb.

O, bu klubun yetirməsidir. Yunan vinger “Fortuna”(Düsseldorf), “Asteras”, “Olimpiakos”, APOEL, “Valyadolid”, AEK, “Apollon”(Limassol), “Apollon”(Smirnis), “Levadiakos” klublarında çıxış edib.

"Araz-Naxçıvan"- "Aris" matçları iyulun 24-də və 31-də keçiriləcək.

Seçilən
24
50
sportinfo.az

10Mənbələr