AZ

MOL və MVM müqaviləsi çərçivəsində "Azeri Light"ın ilk yükü Omisalj limanına çatıb

Bakı. Trend:

MVM Group və MOL Group arasında əməkdaşlıq nəticəsindəAzərbaycan xam neftinin ilk yükü Adriatik sahilindəki Omisaljlimanına gəlib.

Trend -in MOLGroup-a istinadən verdiyi məlumata görə, tanker Türkiyənin Ceyhanterminalından yola düşərək Xəzər regionundan 92 min ton "AzeriLight" markalı xam neft tədarük edib.

İki şirkət arasında əməkdaşlıq və Azərbaycan xam neftinintədarükü regionda tədarükün çevikliyini və etibarlılığınıartıracaq, eyni zamanda, enerji mənbələrinin şaxələndirilməsinətöhfə verəcək.

"92 000 tondan çox xam nefti olan tankerin gəlişi may ayındaelan edilmiş kommersiya sazişinin həyata keçirilməsində mühümmərhələdir. Bu saziş regionun enerji təchizatının daha daşaxələndirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq çərçivəsində MOL özneft emalı zavodlarında alternativ xam neft emalı üzrə illik gücünü160 000 tona çatdıra biləcək. MVM-nin Şahdəniz yatağında hasiledilən kondensat üçün ticarət imkanları ilə MOL-un logistika vəemal imkanlarını birləşdirərək, Xəzər regionundan neft hasil edir”,- deyə məlumatda qeyd olunub.

MVM Group-un Strategiya və Əməliyyatlar üzrə Direktoru RekaMartini bildirib ki, daxili təchizat təhlükəsizliyiningücləndirilməsi MVM Group-un strategiyasının əsas məqsədlərindənbiridir.

"İlk birgə logistika və kommersiya əməliyyatının rəvan idarəolunması hər iki tərəfin peşəkarlığını nümayiş etdirir vəproqnozlaşdırıla bilən əməkdaşlıq modelinin əsasını qoyur", - odeyib.

Xəzər regionu ilə Mərkəzi Avropa arasında müntəzəm və sabittəchizat zəncirinin yaradılması məqsədilə qarşıdakı aylarda dahaçox tədarükün həyata keçirilməsi gözlənilir.

Seçilən
16
az.trend.az

1Mənbələr