Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təntənəli MəzunGünü keçirilib.
Bakı Kristall Zalda keçirilən Məzun Günündə universitetinrəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərləyanaşı, Ağdam, Füzuli və Xocavəndə Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentinköməkçisi, UNEC-in fəxri məzunu Emin Hüseyov, digər dövlətrəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirakediblər.
Tədbirin rəsmi açılışında Ümummilli Lider Heydər Əliyevin vəşəhidlərin xatirəsi ehtiramla yad olunub, Dövlət Himnisəsləndirilib. Sonra Elmi Şuranın üzvləri UNEC himninin sədalarıaltında səhnəyə dəvət olunublar.
Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov builki Məzun günün Qarabağ Zəfərinin 5-ci ildönümünə, eyni zamandaUNEC-in 95 illik yubileyinə təsadüf etməsini tarixlə zamanın,zəfərlə təhsilin bir araya gəldiyi müqəddəs an adlandırıb.Prezident İlham Əliyevin təhsilə verdiyi prioritet yanaşmanınölkədə ali təhsilin, o cümlədən UNEC-in inkişafına güclü zəminyaratdığını deyən rektor, Birinci vitse-prezident MehribanƏliyevanın təhsildə mədəni irsə, insani və milli dəyərlərə verdiyiönəmin UNEC-in missiyasının ayrılmaz hissəsi olduğunu diqqətəçatdırıb.
Rektor 2025-ci ildə UNEC-dən 3740 nəfəri bakalavr, 2277-simagistr olmaqla, ümumilikdə 6017 tələbənin məzun olduğunu deyib. O,bu günkü tarixin hər bir məzunun şəxsi zəfəri, universitetinqüruru, cəmiyyətin isə ümidi olduğunu deyib.
Məzunlara gələcək həyatları ilə bağlı dəyərli tövsiyələriniçatdıran rektor Ədalət Muradov, sonda məzunlara, onlara hər zamandəstək olan valideynlərə və fədakar müəllimlərə səmimi təşəkkürünübildirib. Məzunların hər zaman UNEC ailəsinin ayrılmaz bir parçasıolduğunu vurğulayan rektor, onlara gələcək həyat və karyerayollarında uğurlar arzulayıb.
Fəxri məzun qismində çıxış edən Ağdam, Füzuli və Xocavəndrayonlarında Prezidentin xüsusi nümayəndəsi, Birincivitse-prezidentin köməkçisi Emin Hüseyov məzunları təbrik edərəkUNEC-dəki tələbəlik illəri barədə səmimi xatirələrini bölüşüb. O,bu universitetdə yalnız biliklər deyil, həm də dəyərlərqazandığını, həyat yolunu müəyyənləşdirdiyini vurğulayıb. 95 illikzəngin tarixə və möhkəm təməllərə malik olan UNEC-in bu gün dəçağdaş təhsil modellərinə uyğun inkişaf etdiyini qeyd edən EminHüseynov, məzunlara daima özlərini təkmilləşdirməyi, bilikləriniartırmağı, özünə inamlı olmağı, fərqlənməyi və yeniliklərə açıqolmağı tövsiyə edib. O, işğaldan azad olunmuş torpaqların bərpasıyolunda UNEC məzunları ilə birgə addımlayacağından əminliyini ifadəedib.
Çıxışdan sonra rektor Ədalət Muradov UNEC-in fəxri məzunu EminHüseynova onun bütün qiymətlərinin “Əla” olduğu bakalavr diplomununəlavəsini təqdim edib. Gözlənilməz sürpriz Fəxri məzun EminHüseynova olduqca duyğulu anlar yaşadıb.
Məzun Günündə UNEC-in Universitet Daxili İki Diplom proqramının8 məzununa, eyni zamanda, UNEC-in Fransanın Montpellieruniversiteti ilə ikili diplom proqramını uğurla bitirən 14 məzunadiplomlar təqdim edilib.
UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,2) iləbitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi GünayŞamilzadə çıxış edərək, bu illər ərzində ona dəstək olanvalideynlərinə, müəllimlərinə və tələbə yoldaşlarına təşəkkürünübildirib.
Məzunların andiçmə mərasimindən sonra UNEC-in bayrağı III kursuən yüksək ortalama ilə bitirən tələbəyə təqdim edilib.
Məzun Günü ənənəvi və həyəcanlı “papaqatma” mərasimindən sonraMurad Arifin ifasında populyar mahnılarla və məşhur DJ-lərin musiqinömrələri ilə davam edərək, məzunlara sevincli və unudulmaz anlaryaşadıb.