AZ

“Qarabağ”ın sabiq futbolçusu “İmişli”yə keçə bilər

“Qəbələ”dən ayrılan Elvin Yunuszadə karyerasını “İmişli”də davam etdirə bilər.

FutbolPress“in əldə etdiyi məlumata görə, müdafiəçi bölgə klubu ilə danışıq aparır.

32 yaşlı müdafiəçi daha əvvəl – 2024-cü ilin yanvarından avqustuna kimi “İmişli”də forma geyinib. O, bundan öncə “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “İrəvan”, “Keşlə” (indiki “Şamaxı”), Bosniyada “Çelik”, Şimali Makedoniyada “Şkupi” kimi komandalarda da çıxış edib.

Yunuszadə Azərbaycan yığmasında 3 oyuna çıxıb.

“İmişli” yeni mövsümdə Premyer Liqada iştirak edəcək.

Şahin Cəfərov

Seçilən
24
50
futbolpress.az

10Mənbələr