AZ

Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində "VAZ-2107" markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə yerində vəfat edib.
 
Moderator.az qafqazinfo.az-a istinadən xəbər verir ki, faciəvi şəkildə ölən motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev Göyçayda dönərçi işləyirmiş. O, bir müddət əvvəl qızının adına dönərxana açıbmış. Hadisə də Kamil dönər sifarişini ünvana apararkən baş verib.
 
Faktla bağlı Göyçay RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
 
Dünyasını dəyişən gəncin fotosunu təqdim edirik:
Seçilən
3
19
moderator.az

10Mənbələr